Gəncədə Azərbaycanın bu qədim şəhərinin 4000 illiyinə həsr olunmuş sərgi açılıb. Sərgidə qədim xalçalar və metal işləmələr, Məhsəti Gəncəvinin rübailərinə çəkilmiş illüstrasiyalar və miniatürlər, habelə Nizami Gəncəvinin “Xəmsə”sinin əlyazmalarının sürətləri, arxeoloji və maddi-mədəniyyət nümunələri nümayiş etdirilib.
Nizami Gəncəvi və Məhsəti Gəncəvinin yaradıcılıqları ilə bağlı son nəşrlər, ulu öndər Heydər Əliyevin ictimai-siyasi fəaliyyətini əks etdirən kitablar da iştirakçılar tərəfindən maraqla qarşılanıb. Təqdim olunan 200-dən artıq əl işi və eksponat Gəncə sənətkarları və alimlərinin şəhərin 4000 illiyinə töhfəsi kimi dəyərləndirilib.