Astara şəhərinin mərkəzi meydanında ilk dəfə olaraq mobil sferik kinoteatr quraşdırılıb və maarifləndirici filmlər nümayiş etdirilib. Gənclər və İdman Nazirliyinin təşkilatçılığı, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə Ukraynanın “Profi-Az” şirkəti tərəfindən həyata keçirilən layihə çərçivəsində 800 nəfərə yaxın rayon sakini iki gün ərzində müxtəlif filmlərə tamaşa edib.
   Bu münasibətlə keçirilən mərasimdə tamaşaçılara məlumat verilib ki, sferik kinoteatrın mobil sistemi dünyada ilk rəqəmsal tamgümbəzli proyeksiya sistemidir. Gələcəyin kinosu olan sferik kinonun nümayişi proyektorlar vasitəsilə 360 dərəcə baxış bucağı altında aparılır.
   Qeyd edilib ki, yüksək innovativ texnologiyaların tətbiqi nəticəsində filmlərin nümayişində yeni bir ölçü yaranır və tamaşaçılar onun vasitəsilə okeanın dərinliyinə, müxtəlif planetlərə səyahət, kainatın ucsuz-bucaqsız tərəflərinə qiyabi uçuşlar edə bilirlər.
   







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar