Dekabrın 18-də Bakı Biznes Mərkəzində "Mədəniyyətlərarası dialoq üçün Bakı prosesi"nin 5 illik yubiley mərasimi keçiriləcək. Tədbirdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi və UNESCO, BMT-nin Sivilizasiyalar Alyansı, Avropa Şurası, Avropa Şurasının Şimal-Cənub Mərkəzi, İSESCO, BMT-nin Dünya Turizm Təşkilatının tərəfdaşlığı ilə "Çoxmədəniyyətli dünyada sülh şəraitində birgə yaşamaq" şüarı altında 2013-cü ilin 29 may-1 iyun tarixlərində Bakıda keçirilmiş II Dünya Mədəniyyətlərarası Dialoq Forumunun hesabatı və III Dünya Forumunun prioritetləri təqdim ediləcək. Hesabatı Böyük Britaniyanın Koventri Universitetinin professoru, Sosial Münasibətlər Mərkəzinin direktoru Mayk Hardi təqdim edəcək.
Qeyd edək ki, 2008-ci il dekabrın 2-3-də Bakıda Avropa Şurasına üzv dövlətlərin mədəniyyət nazirlərinin konfransı keçirilib. Konfransda Azərbaycan Respublikası Prezidentinin təşəbbüsü ilə mədəniyyətlərarası dialoqa dair "Bakı prosesi"nin əsası qoyulub və "Mədəniyyətlərarası dialoqa dair Bakı Bəyannaməsi" qəbul edilib.
"Bakı prosesi"nin davamlılığını təmin etmək məqsədilə 2009-cu ilin 13-15 oktyabr tarixində Bakıda İslam ölkələrinin mədəniyyət nazirlərinin VI konfransı çərçivəsində Avropa Şurasına üzv dövlətlərlə İslam Konfransı Təşkilatına üzv dövlətlər arasında "Mədəniyyətlərarası dialoq" mövzusunda iclas təşkil edilib. İclasda "Bakı prosesi - sivilizasiyalar arasında dialoqa yeni çağırış" kommunikesi qəbul edilib. Bu proses çərçivəsində 2011-ci ildə I Dünya Mədəniyyətlərarası Dialoq Forumu, 2013-cü ildə isə II Dünya Forumu və dünya mədəniyyət və turizm nazirlərinin ilk birgə konfransı keçirilib. III Dünya Forumunun 2015-ci ilin payızında Bakıda keçirilməsi nəzərdə tutulur.
Prezident İlham Əliyevin 2011-ci ilin 27 may tarixli sərəncamı ilə Forum iki ildən bir Bakıda keçirilir və Mədəniyyət və Turizm Nazirliyi bu tədbirin əlaqələndirici qurumu təyin edilib.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar