Fevralın 5-də Belarusun paytaxtı Minskdə XXI Minsk Beynəlxalq kitab sərgi-yarmarkası (MBKSY) açılıb. Tədbirdə dünyanın 26 ölkəsindən, o cümlədən Azərbaycandan 600-dən çox nəşr təqdim olunub. Çoxlu sayda müxtəlif nəşriyyat layihəsi budəfəki sərgi-yarmarkanın fərqləndirici xüsusiyyətidir.
Fevralın 6-da sərgidə “Kitabxana günü” olub, kitab təqdimatları, müəlliflərlə görüşlər, avtoqraf sessiyaları keçirilib. Fevralın 8-də “Uşaq kitabı günü” keçiriləcək, Belarus və əcnəbi yazıçıların iştirakı ilə “Uşaq dünyası: gələcəyə baxış” mövzusunda dəyirmi masa təşkil olunacaq.
Bundan əlavə, MDB iştirakçısı olan dövlətlərdə keçirilən kitab sərgiləri və yarmarkalarının təşkilatçıları Şurasının və Kitab Palataları Rəhbərləri Şurasının iclası keçiriləcək.
Sərgi fevralın 9-dək davam edəcək. Tədbirin təşkilatçıları Belarus İnformasiya Nazirliyi, “Belkniqa” ASC və “Makbel” MMC-dir.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar