Fevralın 16-dan 18-dək 2013-cü ilin “Türk dünyasının mədəniyyət paytaxtı” Əskişəhərdə VI Türk dünyası ədəbiyyat dərgiləri konqresi keçirilib. Avrasiya Yazarlar Birliyi və TÜRKSOY-un birgə təşkilatçılığı ilə keçirilən konqres İsmayıl bəy Qaspralının vəfatının 100 illiyinə həsr olunub.
Tədbirdə ölkəmizi Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar, qurumun katibi Rəşad Məcid, “Azərbaycan” jurnalının baş redaktoru İntiqam Qasımzadə, “Ulduz” jurnalının baş redaktoru Elçin Hüseynbəyli təmsil ediblər.
Açılış mərasimində çıxış edən TÜRKSOY-un sədri Düsen Kaseinov İsmayıl bəy Qaspralının vaxtilə söylədiyi “Dildə, fikirdə, işdə birlik” amallarını davam etdirməyin vacibliyini vurğulayıb. Bildirilib ki, bu il türkmən şairi Məhdumqulu Fəraqinin 290 və qırğız ozanı Toqtoğul Satılqanovun 150 illik yubileyləri TÜRKSOY ölkələrində qeyd olunacaq.
Mərasimdə Xalq yazıçısı Anara “Türk mədəniyyətinə xidmət” mükafatı təqdim olunub. Sonra Türk Dilində Danışan Ölkələrin Yazarlar Birliyinin təsis protokolu imzalanıb. Xalq yazıçısı Anar təşkilatın ilk sədri seçilib.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar