31 mart Azərbaycanlıların soyqırımı ilə bağlı Dəvəçi rayonunda tədbir keçirildi. Tədbiri giriş sözü ilə açan rayon İcra Hakimiyyətinin başçısı Novruz Novruzov millətimizin başına gətirilən soyqırımla bağlı öz fikirlərini məntiqi əsaslarla, tarixə söykənən tutarlı faktlarla dedi.
  
   Sonra isə Dəvəçi Rayon İcra Hakimiyyəti başçısının səhiyyə, təhsil və mədəniyyət məsələləri üzrə müavini Ramiz Vahabov bu haqda geniş məruzə ilə çıxış etdi. Sonra isə söz Cəbrayıl rayonundan olan məcburi köçkün və Dəvəçi rayonunda məskunlaşmış Dəvəçi şəhər 2 saylı məktəbinin müəllimi Cəvahir Muxtarovaya verildi. O, Qarabağ müharibəsi vaxtı şahidi olduğu hadisələrlə bağlı öz fikirlərini bildirdi. Sonra isə Dəvəçi Rayon Mədəniyyət və Turizm İdarəsinin nəzdində yenicə yaradılmış Şabran Teatr Studiyasının kollektivi Cabir Əmrahovun “Vətən ağrıları, Vətən dərdləri” dramatik kompozisiyasını göstərdilər. Bu dramatik kompozisiya tamaşaçıların çox xoşuna gəldi. Yüksək professionallıqla hazırlanan “Vətən ağrıları, Vətən dərdləri” dramatik kompozisiyasının quruluşçu rejissoru Ağalar İdrisoğlu, quruluşçu rəssamı Bəhram Bədəlov, rejissoru Cabir Əmrahov, musiqi tərtibatçısı Rasim Ağasızadə, səs rejissoru Teymur Məmmədliyevdir.
   Rollarda Şabran Teatr Studiyasının aktyorlarından Aidə Şükürova, Qulu Mövsümov, İlkin Qədimov, Vəfa Məmmədova, Ləman Orucova, Zəfər Məmmədov, Atakişi Musayev, Əmirqulu Cümşüdov və Təbriz Şükürov yüksək professionallıqla çıxış etdiklərinə görə tez-tez tamaşaçı alqışları qazandılar.
   “Vətən ağrıları, Vətən dərdləri” dramatik kompozisiyası tamaşaçılarda vətənə, torpağa, dövlətçiliyə qarşı tamaşaçılarda yüksək vətənpərvərlik, milli birlik əhval-ruhiyyəsi yaratmaqla çox böyük bir iş gördü. 
      
   Fikrət Nuşiyev






Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar