Bugünlərdə Keşlə qəsəbəsində yerləşən Nizami Rayon Mədəniyyət Mərkəzində M.Müşfiq adına Xalq Teatrının ifasında S.M.Qənizadənin «Dursunəli və Ballibadi» adlı komediyası tamaşaya qoyulub. Tamaşanı izləməyə gələnlər arasında Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin və həmçinin Nizami Rayon İcra Hakimiyyətinin səlahiyyətli nümayəndələri də olub. Tamaşanın quruluşçu rejissoru Qurbanəli Mürsəlovun və rəssamı Tənzilə Lətifovanın sözlərinə görə, bu tamasanın nümayiş olunması üçün məşqlər artıq uzun müddətdir ki, davam edir. Tamaşada professional aktyorların deyil, məktəblilərin çıxıs etməsi bu işi müəyyən qədər çətinləşdirsə də, həvəskar aktyorların və Nizami Rayon Mədəniyyət Mərkəzinin kollektivinin gərgin əməyi sayəsində onlar bu işin öhdəsindən layiqincə gəlməyi bacarıblar.