Dünən Şərqin ikinci qədim teatrı sayılan Naxçıvan Dövlət Musiqili Dram Teatrı ad gününü qeyd etdi. 1883-cü il mayın 11-də yerli ziyalılar və fəal tələbələr tərəfindən hazırlanan "Müsyö Jordan və dərviş Məstəli Şah" tamaşası ilk dəfə tamaşaçılara təqdim edilib. Bu, 1873-cü ildə Bakıda milli teatrın yaranmasından sonra əyalətdə fəaliyyətə başlayan ilk teatr idi. 1920-ci ildə Naxçıvan teatrına dövlət statusu verildi. 1964-cü ilə qədər Mirzə Fətəli Axundov adına olan teatr həmin ildən yeni binaya köçüb və onun yaradıcılarından olan Cəlil Məmmədquluzadənin adını daşıyır. Keçmiş SSRİ-də 8 musiqili dram teatrından biri də Naxçıvan teatrı olub.
   Hazırda özünəməxsus ənənəsi ilə seçilən Naxçıvan teatrında 6 Xalq artisti, 6 nəfər Azərbaycan Respublikasının, 8 nəfər isə muxtar respublikanın Əməkdar artisti, Xalq rəssamı və muxtar respublikaının müxtəlif fəxri adlarını alan əməkdaşlar çalışır.






Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar