Gəncə Dövlət Universitetinin xarici dillər fakültəsinin tələbələri Gəncə Dövlət Dram Teatrında M.F.Axundovun “Müsyö Jordan və Dərviş Məstəli şah” əsərini ingilis dilində tamaşaya qoyublar. Əsəri ingilis dilinə tərcümə edən universitetin tələbəsi Dilşad Abdullayeva pyesin səhnələşdirilməsinin mədəniyyətimizin təbliğinə xidmət etdiyini söyləyib. Tamaşaya quruluş verən Sevinc Quliyeva bundan əvvəl yenə görkəmli dramaturqun «Hekayəti vəziri xani Lənkəran» əsərinin də səhnələşdirildiyini və bunun da çox uğurla qarşılandığını deyib.
Sonra söz tələbələrə verilib. Tamaşa sürəkli alqışlarla qarşılanıb.