Fevralın 7-də Moskvanın Dövlət Kreml Sarayında “Kreml baleti” teatrının quruluşunda Fikrət Əmirovun “Min bir gecə” baleti nümayiş etdiriləcək. Rusiya mediasının verdiyi məlumata görə, tamaşada bu truppanın bütün aparıcı solistləri iştirak edəcəklər. Balet 1979-cu ildə yazılıb, 1980-ci ildə bu əsərə görə F. Əmirov SSRİ Dövlət Mükafatına layiq görülüb.
Tamaşanın xoreoqraf-quruluşçusu teatrın bədii rəhbəri Andrey Petrov, səhnə tərtibatçısı SSRİ-nin Xalq rəssamı Tahir Salahov, geyimlər üzrə rəssam Olqa Polyanskayadır.