Fevralın 7-də Heydər Əliyev Sarayında “Mədəniyyət paytaxtlarının dialoqu” çərçivəsində Azərbaycan və Litvanın birgə mədəniyyət layihəsi olan “Küləyin yuxusu” adlı tamaşa nümayiş olundu.
   
   Uşaqların sülh, məhəbbət, xoşbəxtlik və parlaq gələcək haqqında rəyləri ilə başlayan tamaşa küləyin sözləri ilə başladı: “Mən küləyəm; buludlardan yüksəklərə qalxaraq, bütün dünyanı dolaşaram. Mən Xəzər dənizinin və küləklər şəhəri Bakının səmasına yüksələrək öz səyahətimə başlayıram! Baxın! Görün, o, nə qədər əsrarəngiz, nə qədər gözəl çalarlıdır...”
   Bu hissədə zülmətdən azadlığa çıxan, ağ və pak səmaya qalxan külək qaranlıqdan, oddan, sudan, havadan və torpaqdan həyatı yaradır. Yaz və həyatın başlanmasını rəmzləşdirən litvalı müğənni illüzionist nömrəsi ilə çıxış edərək ən xoş və səmimi arzularını tamaşaçılara çatdırdı.
   Dünyanın canlanması ilə davam edən ikinci hissədə dünya mədəniyyətləri, onların xüsusi cəhət və ənənələri Azərbaycanın ən yaxşı rəqs qrupları (Dövlət Rəqs Ansamblı, Dövlət Akademik Opera və Balet Teatrı, Azərbaycan Pantomima Teatrı, Bakı Xoreoqrafiya Məktəbi) və litvalı rəqqas və müğənnilər tərəfindən nümayiş edilərək təqdim olundu.
   Sülhsevər dünya adı altında başlayan üçüncü hissədə tamaşanın əvvəlindən başlayan və bütün dünyanı dolaşan Azərbaycan küləyi tamaşaçılara öz tarixini söyləyir. Sonda külək hörmətli qonaqlarla birgə oxunan mahnı ilə öz vətəni - Azərbaycana qayıdır.
   Qeyd edək ki, tamaşanın ideya müəllifləri Eqmontas Bjeskas (Litva) və Təranə Muradova, Rəşad Həşimovdur (Azərbaycan). Tamaşanın bəstəkarı Rəşad Həşimov, xoreoqraf Təranə Muradova, rejissor Eqmontas Bjeskasdır.
   
   Yeganə







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar