Polşanın Lyublin şəhərinin Rəqs Teatrı Bakıya gələcəkdir. Polşanın Azərbaycandakı səfirliyindən bildiriblər ki, bu müasir rəqs teatrı mayın 18-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının səhnəsində “Nano” tamaşasını nümayiş etdirəcək. Giriş pulsuzdur. Teatr gecəsinin təşkilatçıları Polşanın Bakıdakı səfirliyi, Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyi, Dövlət Akademik Milli Dram Teatrı, Adam Mitskeviç İnstitutu və Lyublin Şəhər İcra Hakimiyyətidir.
   Lyublin Rəqs Teatrı 2001-ci ildə yaradılıb. Bu teatr dəfələrlə ABŞ, İsveçrə, Fransa, Macarıstan, Finlandiya, İspaniya, Litva, Rusiya, Almaniya, Avstriya, Tunis, Hollandiya, Belarus, Ukraynada keçirilmiş beynəlxalq festivalların iştirakçısı olub.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar