Bədii qiraətçilərin baxış-müsabiqəsinin ikinci mərhələsi başa çatıb
   
   Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında bədii qiraətçilərin “Mən teatr haqqında danışmaq istəyirəm” baxış-müsabiqəsinin ikinci mərhələsinə həsr olunmuş tədbir keçirilib. Teatrın direktoru, Əməkdar artist Mübariz Həmidov bildirib ki, ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi, Azərbaycan milli dünyəvi peşəkar teatrının 140 və Gənc Tamaşaçılar Teatrının 85 illik yubileyləri çərçivəsində həyata keçirilən layihə ilkin olaraq Səbail rayonunun orta ümumtəhsil məktəbləri ilə birgə reallaşdırılıb. Rayonun 17 orta ümumtəhsil məktəbindən 58 şagird ikinci mərhələdə iştirak etmək hüququ qazanıb.
   Layihənin məqsədi uşaq və gənclərə qədim və zəngin tarixə malik Azərbaycan teatrı, dövlətimizin teatra və sənət adamlarına diqqət və qayğısı, həmçinin görkəmli sənətkarlar haqqında məlumatlar verməkdir.
   Baxış-müsabiqənin münsiflər heyəti təqdim olunduqdan sonra ikinci mərhələyə keçmək hüququ qazanmış 58 şagirdin çıxışları dinlənilib. İkinci mərhələyə keçmiş şagirdlərə diplomlar təqdim edilib.
   Layihənin yekun mərhələsinə həsr olunmuş tədbir mayın 10-da Gənc Tamaşaçılar Teatrının böyük səhnəsində keçiriləcək.






Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar