Mayın 19-da Tacikistanın Opera və Balet Teatrında “Leyli və Məcnun” opera kompozisiyası nümayiş olunacaq. Layihə Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi, Akademik Opera və Balet Teatrı, Tacikistanın Opera və Balet Teatrı və ölkəmizin Tacikistandakı səfirliyinin təşkilatçılığı ilə Heydər Əliyevin 90 illik yubileyi münasibətilə həyata keçirilir.
   Tamaşanın rejissoru, Əməkdar incəsənət xadimi Hafiz Quliyev, dirijoru Əməkdar incəsənət xadimi Yalçın Adıgözəlovdur. Baş rollarda xalq artistləri Mənsum İbrahimov, Nəzakət Teymurova çıxış edəcək. Nofəl rolunu Türkmənistanın Əməkdar artisti Soldux Nurululuayev ifa edəcək. Sənətçiləri əməkdar artistlər Elnur Əhmədov (tar) və Elçin Həşimov (kamança) müşayiət edəcək.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar