Düşənbədəki Sədrəddin Ayni adına Tacikistan Dövlət Opera və Balet Teatrında ulu öndər Heydər Əliyevin anadan olmasının 90 illiyi ilə əlaqədar dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” operasının tamaşası olub.
   Tamaşanı Tacikistanın dövlət və hökumət rəsmiləri, deputatlar, diplomatik korpusun təmsilçiləri, elm, mədəniyyət və incəsənət xadimləri, diasporumuzun üzvləri izləyiblər.
   Tacikistanın mədəniyyət naziri Mirzaşaxrux Asrori böyük bəstəkar Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” operasının Düşənbədə tamaşaya qoyulmasını ölkənin mədəni həyatında mühüm hadisə adlandırıb.
   Azərbaycanın Tacikistandakı səfiri Abbasəli Həsənov müsəlman Şərqində ilk opera olan bu ölməz əsərin Düşənbədə təqdim edilməsinin ulu öndər Heydər Əliyevin 90 illik yubileyinə həsr olunan silsilə tədbirlərdən biri olduğunu diqqətə çatdırıb. Qeyd olunub ki, belə tədbirlər xalqlarımızın bir-birinə yaxınlaşmasına və mədəni əlaqələrin genişlənməsinə müsbət təsir göstərir.
   Sonra Azərbaycan və Tacikistanın opera və balet teatrlarının solistlərinin iştirakı ilə “Leyli və Məcnun” tamaşası təqdim olunub. Əsərin quruluşçu rejissoru Azərbaycanın Əməkdar incəsənət xadimi Hafiz Quliyev, dirijoru Azərbaycanın Xalq artisti Yalçın Adıgözəlovdur. Baş rolları xalq artistləri Nəzakət Teymurova, Mənsum İbrahimov, musiqiləri tar və kamançada əməkdar artistlər Elçin Həşimov, Elnur Əhmədov, pianoda Məlahət İsmayılova ifa ediblər. Tamaşanı teatrın orkestri müşayiət edib.
   Düşənbədən sonra “Leyli və Məcnun” operasının Tacikistanın digər şəhərlərində nümayişi nəzərdə tutulub.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar