Mayın 21-də Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında məşhur rus yazıçısı Aleksey Tolstoyun “Qızıl açar, yaxud Buratinonun macəraları” əsəri əsasında hazırlanmış eyniadlı tamaşanın premyerası olub.
   
   Azərbaycan peşəkar milli teatrının 140 və Dövlət Gənc Tamaşaçılar Teatrının 85 illiyinə həsr olunan beynəlxalq layihə çərçivəsində hazırlanan tamaşaya məşhur xorvatiyalı rejissor, Uşaq və Gənclər Teatrları Beynəlxalq Assosiasiyasının (ASSİTEJ) baş katibi İvitsa Simiç quruluş verib. Səhnə əsərinin quruluşçu rəssamı Dinka Jeriçeviç, bəstəkarı İqor Karliç də xorvatiyalı sənət adamlarıdır. Tamaşanın baletmeysteri Türkan Raulya, geyim üzrə rəssamı isə Aynur Məmmədovadır.
   Əsərdə şən və xoşbəxt gələcəyin bağlı qapısının oğurlanmış və sonra da itmiş qızıl açarını əldə etməyə çalışan Buratino və onun dostları min bir əziyyət və ağlasığmaz macəralarla rastlaşırlar. Təbii ki, sonda xoşbəxt gələcəyə, yeni və daha gözəl teatra sahib olmaq arzusu baş tutur. Buratino və onun sadiq dostları qızıl açarla möcüzəli qapını açır və arzu etdikləri teatra - sehrli aləmə qədəm qoyurlar.
   Tamaşada əsas rolları Gənc Tamaşaçılar Teatrının aktyorları Elşən Çarhanlı (Karabas Barabas), Roza İbadova (Buratino), Əməkdar artist Seyidşah Məmmədov (Karlo) və başqaları ifa ediblər.
   Yeni quruluşda hazırlanmış tamaşa məktəblilər və valideynlər tərəfindən maraqla qarşılanıb.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar