İyunun 3-6-da Rusiya Federasiyası Tatarıstan Respublikasının Kazan şəhərində “Naurus-2013” 11-ci beynəlxalq teatr festivalı keçiriləcək. Festivalda Şuşa Dövlət Musiqili Dram Teatrı "Sərgüzəşti-vəziri-xani-Lənkəran" tamaşası ilə çıxış edəcək. Tamaşanın quruluşçu rejissoru Əməkdar artist Loğman Kərimovdur.
Beynəlxalq festivalda Rusiyanın digər türkdilli regionlarından, habelə Türkiyə, Qazaxıstan, Türkmənistandan teatrlar da qatılacaq. Kollektivlər tamaşaları doğma dillərində oynayacaq.