Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı 26-29 may tarixlərində İsveçdə qastrol səfərində olacaq. 
   Qastrol səfəri Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin və ölkəmizin İsveç Krallığındakı səfirliyinin təşəbbüsü ilə həyata keçirilir. Kollektiv Stokholmda yerləşən Södra Teatrının binasında milli dramaturgiyamızın banisi Mirzə Fətəli Axundzadənin “Lənkəran xanının vəziri” pyesini oynayacaq. Əsər mərhum sənətkar Vaqif İbrahimoğlunun quruluşunda hazırlanıb. Tamaşanın quruluşçu rəssamı Rəşid Şerif, bəstəkarı Siyavuş Kərimidir.
   Rolları Xalq artisti Nurəddin Mehdixanlı, əməkdar artistlər Cəfər Namiq Kamal, Sabir Məmmədov, Kazım Həsənquliyev, Elxan Quliyev, Əli Nur, Mirzə Ağabəyli, Ayşad Məmmədov, Mətanət Atakişiyeva, Münəvvər Əliyeva, Firuz Xudaverdiyev, Şəlalə Şahvələdqızı, aktyorlar Əminə Babayeva, Şəhla Əliqızı, İlahə Həsənova, Aslan Şirinov, Elnar Qarayev, Rəşad Bəxtiyarov, Vüsal Mustafayev, Nigar Güləhmədova və Ramin Şıxəliyev ifa edirlər. 
   
   







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar