Şuşa Dövlət Musiqili Dram Teatrı iyunun 4-dən 7-dək Tatarıstanın Kazan şəhərində keçirilən türkdilli xalqların “Nauruz” XI Beynəlxalq Teatr Festivalında iştirak edib.
   10-dan artıq ölkənin teatrlarını bir araya gətirən festivalda 27 tamaşa oynanılıb. Şuşa teatrı sənət bayramında Mirzə Fətəli Axundzadənin “Sərgüzəşti-vəziri-xani-Lənkəran” tamaşası ilə çıxış edib.
   Tamaşa böyük rəğbətlə qarşılanıb. Rusiya və Macarıstandan olan teatr tənqidçiləri tamaşanı professional rejissor yozumu ilə seçilən səhnə əsəri kimi qiymətləndiriblər. Tamaşanın quruluşçu rejissoru Əməkdar artist Loğman Kərimov, quruluşçu rəssamı Xalıq Cabbarov, musiqi tərtibatçısı Azad Məmmədovdur. Rolları əməkdar artistlər İqrar Salamov, Şükufə Musayeva, aktyorlar Püstəxanım Zeynalova, Aybəniz Əhmədova, Azad Məmmədov və başqaları ifa edirlər.
   







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar