“Şeyx Sənan” gürcü teatrı ilə birgə, “Müsyö Jordan və dərviş Məstəli şah” isə fransız aktyorun iştirakı ilə təqdim olunacaq
   
   Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı Kote Marcanişvili adına Gürcüstan Dövlət Akademik Dram Teatrı ilə əməkdaşlığı davam etdirir. Əməkdaşlığın nəticəsi olaraq görkəmli ədib Hüseyn Cavidin “Şeyx Sənan” faciəsinin birgə tamaşası hazırlanacaq.
   Milli Dram Teatrının direktoru, professor İsrafil İsrafilov jurnalistlərə açıqlamasında bildirib ki, artıq əsər gürcü dilinə tərcümə edilib. Yeni teatr mövsümündə nümayişi nəzərdə tutulan tamaşanın Bakıda və Tbilisidə premyerası olacaq.
   Teatrın digər beynəlxalq layihələrindən danışan direktor qeyd edib ki, məşhur polşalı rejissor Kşiştof Zanussi Milli Dram Teatrında tamaşa hazırlayacaq. Rejissorun sentyabrda Bakıya gələcəyi planlaşdırılır.
   Direktor böyük dramaturq Mirzə Fətəli Axundzadənin “Müsyö Jordan və dərviş Məstəli şah” əsərinin tamaşasını fransız aktyorun iştirakı ilə təqdim etmək barədə planlarından da danışıb. Qonaq aktyor Müsyö Jordanı oynayacaq.
   Bundan əlavə, Milli Dram Teatrında Sofoklun “Antiqona” faciəsinin xarici rejissor tərəfindən səhnəyə qoyulması da nəzərdə tutulur.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar