Azərbaycan Dövlət Aqrar Universitetinin tələbələri dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin “O olmasın, bu olsun” operettasının tamaşasını ingilis dilində təqdim ediblər.
   Gəncə Dövlət Dram Teatrının səhnəsində nümayiş olunan əsərə xarici qonaqlar da maraqla baxıblar. Tələbələrdən Azər Hüseynlinin ifasında Əsgər, Günay İsmayılovanın oynadığı Gülçöhrə obrazları alqışlarla qarşılanıb.
   Gəncədə turist səfərində olan amerikalı qonaqlar - Çak Alton və Ceyn Alton tamaşadan böyük təəssürat aldıqlarını deyiblər: “Biz bu tamaşa sayəsində qədim Azərbaycan, onun adət-ənənələri ilə yaxından tanış olduq. Ümumiyyətlə, hər bir tələbənin çıxışı çox maraqlı idi”.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar