Heydər Əliyev adına Tbilisi Azərbaycan Dövlət Dram Teatrı sənətşünaslıq üzrə fəlsəfə doktoru İftixar Piriyevin “Eşqin tikan dairəsi” pyesi əsasında eyniadlı tamaşasını təqdim edib.
   K.Marcanişvili adına Tbilisi Dövlət Akademik Dram Teatrında səhnəyə qoyulan tamaşanın quruluşçu rejissoru Turqay Vəlizadə, rəssamı Dmitri Skorişevdir.
   Əsas rolları Aslan və Marianna Məmmədovlar oynayıblar.
   İftixar Piriyev bildirib ki, əsər görmə qabiliyyəti olmayan iki gəncin həyatından bəhs edir. Tamaşada görmə qabiliyyətli, lakin mənəvi cəhətdən “kor” insanlarla, görmə qabiliyyəti olmayanlar, iç dünyası zəngin insanlar müqayisəli şəkildə verilib.
   Teatrın rəhbəri Qoça Kapanadze gənc rejissorun hazırladığı tamaşanın uğurlu alındığını və gənc aktyorların fəlsəfi, psixoloji süjetli əsəri yüksək səviyyədə təqdim etmələrindən məmnun olduğunu vurğulayıb.
   







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar