Sentyabrın 7-də Azərbaycanın Los-Ancelesdəki baş konsulluğunun təşəbbüsü və təşkilatçılığı ilə Üzeyir Hacıbəylininin “Arşın mal alan” operettası nümayiş etdiriləcək. Tamaşa operettanın 100 illik yubileyinə həsr olunub. Əsər Los-Ancelesin məşhur Dorothy Chandler Pavilion Opera Teatrında səhnəyə qoyulacaq. Tamaşanın prodüseri amerikalı bəstəkar Maykl Şnakdır. O, 2006-cı ildə “Arşın mal alan”ı Vyanada uğurla səhnələşdirib.
   Bütün rolların ifaçıları amerikalı opera müğənniləridir. Operettanın mahnıları Azərbaycan dilində ifa ediləcək, dialoqlar isə ingilis dilində aparılacaq. Musiqini Los-Ancelesdə fəaliyyət göstərən tanınmış orkestr ifa edəcək. “Arşın mal alan” ingilisdilli məkanda, xüsusilə də ABŞ-da belə miqyasda və formada ilk dəfə səhnələşdirilir.
   
   







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar