İyulun 7-də Mukimi adına Özbəkistan Dövlət Musiqili Dram teatrında dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin "Arşın mal alan" musiqili komediyası özbək dilində təqdim edilib. Tamaşaya teatrın rejissoru Əhəd Fərmanov quruluş verib. "Arşın mal alan" əsərinin 100 illiyi münasibətilə hazırlanan tamaşa yekun olaraq bu ilin sentyabrında nümayiş etdiriləcək. Ölkəmizin Özbəkistandakı səfirliyi və Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi tamaşanın hazırlanmasına təşkilati dəstək göstərib.
   Operetta özbək tamaşaçılarında böyük maraq doğurub və alqışlarla qarşılanıb. Rejissor tamaşada bir sıra yeniliklər edib, bəzi səhnələr müasirləşdirilib.
   Tamaşadan sonra Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov çıxış edərək özbək sənətçilərinin təşəbbüsünü alqışlayıb, Üzeyir Hacıbəylinin ölməz "Arşın mal alan" əsərinin artıq bütün dünya səhnələrini fəth etdiyini vurğulayıb. O, tamaşadakı çıxışları yüksək qiymətləndirib və "Arşın mal alan"ın Özbəkistanda da sevildiyindən məmnun olduğunu bildirib.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar