Noyabrın 5-dən 10-dək Muzey Mərkəzinin sərgi qalereyasında Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə “Fusion doll” II Bakı Beynəlxalq kukla biennalesi keçiriləcək. Sərgidə müxtəlif ölkələrin kukla ustalarının işləri nümayiş olunacaq. Muzey Mərkəzindən bildiriblər ki, biennalenin əsas məqsədi nüfuzlu beynəlxalq təşkilatları etnoqrafik və folklor kukla sənəti sahəsində böyük uğurlara və ənənələrə malik ölkəmiz ilə uzunmüddətli məhsuldar əməkdaşlığa cəlb etməkdir. Sərgi Azərbaycan tamaşaçısına geniş diapazona malik müxtəlif cərəyanların bədii kukla müəllifləri ilə tanış olmaq fürsəti qazandıracaq. Biennale çərçivəsində əcnəbi ustalar tərəfindən ustad dərslərinin keçirilməsi Azərbaycanın kukla üzrə gənc rəssamlarına öz bacarıqlarını təkmilləşdirmək imkanı verəcək. Xatırladaq ki, Bakıda birinci beynəlxalq kukla biennalesi 2011-ci ildə keçirilib.
   
   






Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar