Bakı Bələdiyyə Teatrı iyulun 26-da teatr mövsümünü bağlayacaq. Kollektiv mövsümə Xalq yazıçısı Anarın “Qaravəlli” tamaşası ilə yekun vuracaq. Səhnə əsərinin rejissoru Rövşən Almuradlıdır. Baş rolda Toğrul Rza, rollarda Xalq artisti Rafiq Əliyev, əməkdar artistlər Tofiq Bayramov və Aydın Əliyev çıxış edəcək.
   Teatrdan bildiriblər ki, yeni mövsüm də Anarın əsəri ilə açılacaq. Xalq yazıçısının “Səhra yuxuları” əsəri ilk dəfə Bakı Bələdiyyə Teatrının səhnəsində tamaşaya qoyulur. Rövşən Almuradlının quruluş verdiyi əsərdə Zülfiyyə Məmmədova, Arzu Ağayeva, Əfqan Soltanov rol alıblar.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar