Heydər Əliyev adına Tbilisi Azərbaycan Dövlət Dram Teatrının kollektivi İftixar Piriyevin “Eşqin tikan dairəsi” əsəri əsasında yeni tamaşa üzərində işləyir. Səhnə əsərinin quruluşçu rejissoru Turqay Vəlizadə deyib ki, tamaşa iyulun 12-də K.Marcanişvili adına Tbilisi Dövlət Akademik Dram Teatrında nümayiş etdiriləcək.
Tamaşanın rəssamı Dmitri Sporişev, geyim tərtibatçısı Dinarə Əsgərova, məsləhətçi Qoça Kapanadzedir. Baş rolları Aslan Məmmədov, Marianna Məmmədova və başqaları ifa edəcəklər.
Tamaşanın rəssamı Dmitri Sporişev, geyim tərtibatçısı Dinarə Əsgərova, məsləhətçi Qoça Kapanadzedir. Baş rolları Aslan Məmmədov, Marianna Məmmədova və başqaları ifa edəcəklər.