Akademik Milli Dram Teatrı iyulun 14-də teatr mövsümünə yekun vuracaq. Kollektiv həmin gün tamaşaçılara Mirzə Fətəli Axundzadənin “Lənkəran xanının vəziri” əsərini təqdim edəcək. Tamaşaya mərhum sənətkar Vaqif İbrahimoğlu quruluş verib, rejissoru Tural Mustafayevdir. Əsas rollarda xalq artistləri Nurəddin Mehdixanlı və Cəfər Namiq Kamal çıxış edəcəklər.