İyunun 29-da Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrında İngiltərə yazıçısı Ceyn Ostinin məşhur “Qürur və qərəz” romanı əsasında hazırlanmış eyniadlı tamaşanın premyerası olub. Tamaşanın rəhbəri Xalq artisti Aleksandr Şarovski, quruluşçu rejissoru İlqar Safat, quruluşçu rəssamı Nikita Sazonovdur. Səhnə əsərində əməkdar artistlər Ömür Nağıyev, Natalya Baliyeva, habelə İnna İmranova, Fatma Əliyeva, Olesya Qasımova, Yeganə Hüseynli, Oleq Əmirbəyov, Ramil Əliyev və başqaları iştirak edib.
Qeyd edək ki, teatr iyunun 30-da “Adaxlı çağırmısınız, qızlar” komediyasının növbəti nümayişi ilə mövsümü bağlayıb.
Qeyd edək ki, teatr iyunun 30-da “Adaxlı çağırmısınız, qızlar” komediyasının növbəti nümayişi ilə mövsümü bağlayıb.