Xəbər verdiyimiz kimi, iyunun 20-də Muzey Mərkəzində "Azərbaycan teatrı: dünən, bu gün və sabah - multimedia janrı teatrlarda" adlı layihənin təqdimatı keçirilib. Azərbaycan peşəkar milli teatrının 140 illik yubileyi ilə bir vaxtda ərsəyə gələn elektron portalda teatr sənətimizin keçdiyi zəngin inkişaf yolu geniş şəkildə əksini tapıb.
   Layihə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən "Azərbaycan teatrı 2009-2019-cu illərdə" Dövlət Proqramına əsasən həyata keçirilib. Layihənin icrası bu sahədə ixtisaslaşan, yüksək təcrübəyə malik "Musiqi dünyası" jurnalının kollektivinə həvalə edilib. Jurnalın elektron nəşrlər mərkəzi mütəxəssislərinin iki il ərzində hazırladıqları portalda zəngin arxiv materialları - 100-ə yaxın pyes, 500 saatdan çox video material, 300-dən artıq məktub, 15 min fotoarxiv yer alıb.
   Multimedia portalı azteatr.musiqi-dunya.az elektron ünvanında fəaliyyət göstərəcək. Portalda respublikamızda fəaliyyət göstərən dövlət teatrlarının saytlarının yaradılması, Azərbaycan teatr sənətinin beynəlxalq miqyasda təbliği, eksponatların 3D formatında canlandırılması, bütün audio və video materialların üç dildə səsləndirilməsi, elektron multimedia resurslarının imkanlarından istifadə edərək rəngarəng audiovizual materiallar əsasında virtual sərgi salonlarının yaradılması planlaşdırılır.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar