Azərbaycan Dövlət Pantomima Teatrı sentyabrın 29-da uşaqlar üçün yeni tamaşa - A.Ekzüperinin “Balaca şahzadə” əsərini təqdim edəcək. Teatrın direktoru və aktyoru, Əməkdar artist Elman Rəfiyev bildirib ki, səhnə əsəri balaca tamaşaçılara dostluq münasibətlərinin qorunması fikirlərini aşılayır. Bu dünyada dost tapmaq çətindir, tapandan sonra isə onu qorumaq lazımdır. Tamaşanın tərbiyəvi əhəmiyyəti budur.
Səhnə əsərinin quruluşçu rejissoru Xalq artisti Bəxtiyar Xanızadə, rəssamı Sənubər Səmədovadır. Musiqi tərtibatını teatrın direktoru və aktyoru Elman Rəfiyev verib.
Rollarda Solmaz Bədəlova (Balaca Şahzadə), Səbinə Hacıyeva (Tülkü), Nurlan Rüstəmov (Təyyarəçi), Səbirə Həsənova (Lovğa Qızılgül), Əməkdar artist Elman Rəfiyev (Qızılgüllərin başçısı), Bəhruz Əhmədli, Ceyhun Dadaşov, Əli Əlizadə, Elnur İsmayılov (Qızılgüllər) çıxış edəcəklər.