İyunun 25-də Heydər Əliyev Sarayında Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan peşəkar milli teatrının yaranmasının 140 illiyinə həsr olunan təntənəli mərasim keçiriləcək. Tədbir "Azərbaycanda peşəkar milli teatrın yaradılmasının 140 illiyi haqqında" Azərbaycan Respublikası Prezidentinin 1 mart 2013-cü il tarixli sərəncamına uyğun olaraq gerçəkləşəcək.
Yubiley mərasiminin rejissoru, Xalq artisti Vaqif Əsədovun bildirdiyinə görə, geniş proqram əsasında hazırlanmış tədbirdə Azərbaycanın bütün teatrlarından aktyor və yaradıcı heyət iştirak edəcək. Mərasimdə milli teatrımızın bu günə kimi keçdiyi inkişaf dövrü, qazandığı uğurlar, sənət tarixində iz qoymuş premyeralar slayd-şoular, fotoşəkillər və səhnəciklər şəklində nümayiş olunacaq.