Prezident İlham Əliyevin 2011-ci il 7 iyul tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramında zərərli vərdişlərin profilaktikası ilə bağlı teatr tamaşalarının hazırlanması və regionlarda nümayiş etdirilməsi bir sıra mərkəzi və yerli icra hakimiyyəti orqanlarının qarşısına vəzifə kimi qoyulub. Bu sahədə maarifləndirmənin təşkili məqsədilə Qəbələ Şəhər Mədəniyyət Mərkəzində Bakı Uşaq Teatrı kollektivinin hazırladığı “Həyatla oyun” adlı teatr tamaşası nümayiş etdirilib.
   Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının dəstəyi ilə hazırlanan tamaşa böyük marağa səbəb olub. Səhnə əsərinə yeniyetmə və gənclər, ictimaiyyət nümayəndələri, həmçinin orta məktəblərin yuxarı sinif şagirdləri baxıblar.
   Rayon gənclər və idman idarəsinin rəisi Fəxri Soltanov çıxış edərək tamaşanın əsas məqsədinin gəncləri bəşəriyyət üçün faciəyə çevrilən narkomaniya və digər zərərli vərdişlərə yox deməyə səsləmək, onların bu sahədə məlumatlarını artırmaqdan ibarət olduğunu bildirib.
   Bakı Uşaq Teatrının direktoru və bədii rəhbəri İntiqam Soltan tamaşaçılara zərərli vərdişlərin törətdiyi fəsadlar barədə məlumat verib, valideynlərə gənclərin ruhən və fiziki cəhətdən sağlam həyat, sağlam düşüncə tərzi seçmələri üçün daha da məsuliyyətli olmağı tövsiyə edib.






Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar