Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı 105-ci teatr mövsümünü sentyabrın 18-də dahi bəstəkar Üzeyir Hacıbəylinin “Arşın mal alan” tamaşası ilə açacaq. 
   Teatrın baş rejissoru, Əməkdar incəsənət xadimi Hafiz Quliyevin quruluş verdiyi tamaşada teatrın bir sıra aparıcı solistləri iştirak edəcək. Səhnə əsərinin dirijoru Xalq artisti Cavanşir Cəfərovdur.
   Yeni mövsümdə teatrda bir neçə tamaşanın premyerası gözlənilir. İlk premyera sentyabrın 21-də Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı çərçivəsində gerçəkləşəcək. Kollektiv italyan bəstəkarı Qaetano Donesettinin “Sevgi şərbəti” operasını təqdim edəcək. Oktyabrda isə Ciakomo Puççininin “Di Todaro” operası səhnələşdiriləcək.
   Teatrın balet truppası da yeni tamaşa üzərində çalışır. Bu məqsədlə noyabr ayında rusiyalı xoreoqraf Nadejda Malugina ölkəmizə gələcək. Yeni tamaşanın quruluşunu da o həyata keçirəcək.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar