Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı 86-cı teatr mövsümünə sentyabrın 21-də start verəcək.
   
   Mövsümün ilk tamaşası rus yazıçısı Aleksey Tolstoyun eyniadlı əsəri əsasında hazırlanmış “Buratinonun macəraları” olacaq. Beynəlxalq layihə əsasında ərsəyə gəlmiş tamaşanın quruluşçu rejissoru ASSİTEJ-in baş katibi İvisa Simiç, quruluşçu rəssamı Dinka Jeriçeviç, bəstəkarı İqor Karliçdir (hər üçü Xorvatiya).
   Tamaşa boyu şən və xoşbəxt gələcəyin bağlı qapısının oğurlanmış və sonra da itmiş qızıl açarını əldə etmək istəyən Buratino və onun dostları min bir əziyyətlə və ağlasığmaz macəralarla rastlaşır. Təbii ki, sonda xoşbəxt gələcəyə, yeni və daha gözəl teatra sahib olmaq arzusu baş tutur. Buratino və onun sadiq dostları qızıl açarla möcüzəli qapını açır və arzu etdikləri teatra - sehrli aləmə qədəm qoyurlar...
   Mövsümün ilk günündə Gənc Tamaşaçılar Teatrında həmçinin İsveç dramaturqu Lars Norenin eyniadlı pyesi əsasında səhnələşdirilmiş “Müharibə” tamaşası göstəriləcək. Tamaşanın quruluşçu rejissoru teatrın baş rejissoru, Əməkdar incəsənət xadimi Bəhram Osmanov, quruluşçu rəssamı Sevinc Həsənova, rejissor assistenti Gülnar Hacıyeva, musiqi tərtibatçısı İradə Muradovadır. Səhnə əsəri milli, irqi, dini mənsubiyyətindən, sosial mənşəyindən asılı olmayaraq hər bir millətin və hər kəsin başına gələ biləcək hadisələri özündə ehtiva etdirir.
   Açılışdan sonra teatrın kollektivi mövsümün ilk qastrol səfərini həyata keçirməyi nəzərdə tutur. Belə ki, qarşılıqlı mədəni əməkdaşlığa dair sazişə əsasən yaradıcı kollektiv sentyabrın 30-dan oktyabr ayının 2-dək Həştərxan Dövlət Gənc Tamaşaçılar Teatrında, oktyabrın 3-dən 6-dək Kalmıkiya Respublikası Milli Dram Teatrında R.Rzanın “Ana qaz”, L.Nurenin “Müharibə” və P.Züskindin “Kontrabas” tamaşaları ilə çıxış edəcək.
   
   Lalə Azəri 







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar