Yetişən nəslin maarifləndirilməsinə töhfələr verən Bakı Uşaq Teatrının kollektivi istirahətdə olmasına baxmayaraq, yenə də öz missiyasını yerinə yetirir. Bu dəfə kollektiv Şirvan şəhərində, Salyan, Cəlilabad, İsmayıllı, Ağdaş, Qəbələ, Qobustan və Şamaxı rayonlarında “Sağlam gələcək!” devizi altında “Həyatla oyun” tamaşasını nümayiş etdirib.
   Arzu Soltanın qələmə aldığı, İntiqam Soltanın quruluş verdiyi səhnə əsəri narkotiklərlə mübarizə və QİÇS mövzusunda Azərbaycanda hazırlanmış ilk maarifləndirici teatr tamaşadır. Əsər gənclərdə narkomaniyanın doğurduğu faciələr, QİÇS və bir sıra başqa qorxunc xəstəliklərin yayılması haqqında aydın təsəvvür yaradır. Real həyatdan götürülmüş hadisələr əsasən bir qrup tələbə arasında cərəyan edir.
   Tamaşa Avropa Şurası tərəfindən narkotiklərə qarşı mübarizədə gənclərin fəal iştirakı ilə həyata keçirilən innovativ layihə olaraq 80 əsər arasında ilk üçlüyə daxil edilib.
   







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar