Sentyabrın 15-də Azərbaycan Dövlət Rus Dram Teatrı 93-cü teatr mövsümünə başlayır. Teatrın mətbuat xidmətindən bildiriblər ki, Valentina Reznikovanın “Maşa və Ayı” səhnə əsəri mövsümün ilk tamaşası olacaq. Həmin gün axşam seansında isə Vasili Stanilovun “Opera mafiozo” kriminal komediyası nümayiş etdiriləcək. Yeni mövsümün ilk ayında teatrsevərləri maraqlı tamaşalar gözləyir. Sentyabrın 20-də tamaşaçılar Nizami Gəncəvinin eyniadlı poeması əsasında “Yeddi gözəl” tamaşasına, sentyabrın 21-də isə Mark Kamolettinin “Ah, bu Anna”, 22-də Andrey İvanovun “Adaxlı çağırmısınız, qızlar?” komediyasına baxa biləcəklər.
   







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar