Qax Dövlət Kukla Teatrının yaradıcı kollektivi yeni mövsümün sentyabrın 17-də olacaq açılış günündə balaca tamaşaçılara Ruslan Həsənlinin “Ağca və Sarıca” nağıl-tamaşasını təqdim edəcək. 
   Gəncə Dövlət Kukla Teatrının baş rejissoru Fərmail Paşayevin quruluş verdiyi tamaşada rolları teatrın aktyorları Araz Mehrablı, Azər Kərimov, Zaur Paşazadə, Elnarə Razıyeva və başqaları ifa edirlər. Tamaşanın quruluşçu rəssamı Əmrah Məmmədovdur.
   Teatrın direktoru Nazim Mahmudov bildirib ki, kollektiv, eyni zamanda, fransız yazıçısı Şarl Perronun “Qırmızıpapaq” nağılı əsasında eyniadlı tamaşanın üzərində işləyir. Tamaşanın dekorasiyası və kuklalar artıq hazırdır, tezliklə məşqlər başlanacaq. Nağıl-tamaşaya paytaxtdan dəvət olunmuş rejissor Elşad Rəhimzadə quruluş verəcək.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar