Qazax Dövlət Dram Teatrı sentyabrın 20-də 76-cı mövsümü premyera ilə açacaq. Yaradıcı kollektiv teatrsevərlərə Əbdürrəhim bəy Haqverdiyevin “Kimdir müqəssir?” əsərinin tamaşasını təqdim edəcək. Səhnə əsərinin quruluşçu rejissoru Əməkdar artist Vidadi Əliyev, rəssamı Sevda Məmmədova, musiqi tərtibatçısı isə Rauf Hüseynovdur. Tamaşada əsas rolları teatrın aparıcı aktyorlarından Sayalı İsmayılova, İlqar Hacəliyev, Zəmanə Orucova, Yusif Həsənov və Allahverdi Musayev ifa edirlər.