Operetta TÜRKSOY-un təşkilatçılığı ilə tamaşaya qoyulub
   
   Qazaxıstanın paytaxtı Astanada Azərbaycanın dahi bəstəkarı Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettasının 100 illiyi və TÜRKSOY-un yaradılmasının 20 illiyi münasibətilə bu ölməz əsərin təqdimatı keçirilib.
   
   TÜRKSOY-un təşkilatçılığı ilə səhnələşdirilən tamaşanın quruluşçu rejissoru Azərbaycanın Əməkdar incəsənət xadimi, professor Alik Usubov, dirijorları Azərbaycanın Xalq artisti, professor Ağaverdi Paşayev və beynəlxalq müsabiqələr laureatı Erlan Baktıqereydir.
   Tamaşada Gülçöhrə rolunu Əməkdar artist İnarə Babayeva, Süleyman rolunu Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti Tural Ağasıyev, Soltan bəyi Azərbaycan Musiqili Teatrının solisti Nadir Xasıyev, Cahan xalanı isə Dövlət Mahnı və Rəqs Ansamblının solisti Əsmət Həşimova ifa edib. Digər rolları isə Türkiyə, Qazaxıstan və Qırğızıstan aktyorları oynayıblar. Tamaşanı Qazaxıstanın Qaraqanda şəhərindəki Akademik Xalq Çalğı Alətləri Orkestri müşayiət edib.
   Tədbirdə çıxış edən Azərbaycanın Qazaxıstandakı səfiri Zakir Həşimov “Arşın mal alan” operettasının şöhrətindən danışıb. Bildirilib ki, 100 yaşlı operetta indiyədək dünyanın 100-dən çox ölkəsində göstərilib.
   TÜRKSOY-un baş katibi Düsen Kaseinov bildirib ki, UNESCO 2011-ci ildə “Arşın mal alan” operettasının beynəlxalq səviyyədə qeyd olunmasını qərara alıb və dünya şöhrətli əsərin 100 illiyini yubileylər siyahısına daxil edib. O qeyd edib ki, əsər TÜRKSOY-un təşkilatçılığı ilə sentyabrın 17-də Parisdə nümayiş olunub, 19-da isə Strasburqda tamaşaçılara təqdim olunacaq.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar