Gənc Tamaşaçılar Teatrında yeni layihə
   
   Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında tanınmış yazıçı-dramaturq Əli Əmirlinin “Hasarın o üzü” adlı pyesi əsasında eyniadlı tamaşa hazırlanacaq. Tamaşanın quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Bəhram Osmanov, bəstəkarı Xalq artisti Siyavuş Kərimi, səhnə tərtibatçısı Əməkdar rəssam İsmayıl Məmmədovdur.
   “Hasarın o üzü” pyesi bir ailə daxilində dinə ikili münasibətdən bəhs edən kəskin konfliktli, iti süjetli səhnə əsəridir. Dinə baxış, insan mənəviyyatı, əxlaqi prinsiplər, milli mentalitet və cəmiyyətin bu dəyərlərə münasibəti bir ailə çərçivəsində bütün kəskinliyi ilə bədii obrazlar vasitəsilə önə çəkilir.
   Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə hazırlanacaq tamaşada əsas rolları xalq artistləri Həmidə Ömərova, Nurəddin Mehdixanlı, aktyorlar Günel Məmmədova, Şəbnəm Hüseynova, Asya Atakişiyeva ifa edəcəklər.
   Tamaşanın premyerasının noyabrın sonunda keçirilməsi nəzərdə tutulub.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar