Sentyabrın 30-da Azərbaycan Teatr Xadimləri İttifaqında (ATXİ) 141-ci teatr mövsümünün açılışına həsr olunmuş tədbir keçirildi. Tədbiri qurumun sədri, Xalq artisti Azərpaşa Nemətov açaraq bildirdi ki, Azərbaycanda sənətə və sənətkara daimi dövlət qayğısı olub. Qeyd olundu ki, Azərbaycanda teatrların inkişafı, yenidən qurulması ulu öndər Heydər Əliyevin fəaliyyətində xüsusi yer tuturdu.
   
   XX əsrdə böyük bir inkişaf yolu keçən, mədəniyyət tariximizdə adı qızıl hərflərlə yazılan sənətkarlar yetişdirən Azərbaycan teatrı bütün tarixi dönəmlərdə milli sənət təfəkkürünün ənənələrinə, ümumbəşəri humanist ideyalara sadiq qalıb. Qeyd olundu ki, bu inkişaf ilk növbədə özünü teatrların maddi-texniki bazasının müasir dünya standartlarına uyğun qurulmasında göstərir. Azərbaycan Prezidentinin müvafiq sərəncamı ilə təsdiq edilən “Azərbaycan teatrı 2009-2019-cu illərdə” Dövlət Proqramı teatrımızın Avropa mədəniyyət məkanına inteqrasiya olunması, teatrların maddi-texniki bazalarının modernləşdirilməsi, günün tələblərinə uyğun repertuarın formalaşması məqsədlərinə xidmət edir. Diqqətə çatdırıldı ki, ötən illər ərzində respublika teatrları dünyanın 20-dən artıq ölkəsində keçirilən beynəlxalq tədbirlərdə ölkəmizi layiqincə təmsil edib. Yüz on alı ildir fəaliyyət göstərən Azərbaycan Teatr Xadimləri İttifaqı nəinki Qafqazda, həm də Yaxın Şərqdə ən qocaman mədəniyyət ocağı kimi tanınır. Bu vaxta kimi neçə-neçə sənətkar nəslinin yetişməsinə və püxtələşməsinə öz töhfəsini verib.
   Əməkdar incəsənət xadimi Əliqismət Lalayev, xalq artistləri Afaq Bəşirqızı, Ağakişi Kazımov, Məleykə Əsədova, Əməkdar incəsənət xadimi Məryəm Əlizadə çıxış edərək teatr sənətimizin tarixindən söz açdılar. Azərbaycan Teatr Xadimləri İttifaqına gələcək işlərində uğurlar arzuladılar.
   Sonda ittifaqın yeni üzvlərinə vəsiqələr təqdim edildi.
   
   Savalan Fərəcov






Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar