Opera və Balet Teatrında premyera
   
   Oktyabrın 6-da Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında tanınmış bəstəkar, Əməkdar incəsənət xadimi, professor Fərəc Qarayevin “Qobustan kölgələri” baletinin premyerası keçiriləcək.
   Tamaşanın quruluşçu baletmeysteri Böyük britaniyalı xoreoqraf Maksin Braxandır.
   Tamaşa bu ilin mayında xüsusi layihə çərçivəsində - Bakıda keçirilən II Dünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində səhnəyə qoyulub və Qobustan Dövlət Tarix və Bədii Qoruğunda açıq havada qurulmuş xüsusi səhnədə göstərilərək böyük uğur qazanıb.
   Tamaşa Opera və Balet Teatrının səhnəsində göstərilmək üçün uyğunlaşdırılıb.
   “Qobustan kölgələri” baleti sərt təbiətə qarşı həyat uğrunda mübarizə aparan ibtidai insanların həyatından bəhs edir.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar