Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında dünya şöhrətli qırğız yazıçısı Çingiz Aytmatovun (1928-2008) “Gün var, əsrə bərabər” romanı əsasında “Manqurt” tamaşası hazırlanır.
   Tamaşanın quruluşçu rejissoru Tofiq Seyidov, səhnə tərtibatçısı Naxçıvan Muxtar Respublikasının Əməkdar rəssamı Əbülfəz Axundov, musiqi tərtibatçısı muxtar respublikanın Əməkdar incəsənət xadimi Şəmsəddin Qasımovdur.
   Böyük yazıçının qədim türk əfsanələrindən bəhrələnərək ədəbiyyata gətirdiyi bu mövzu öz ideya-bədii və fəlsəfi düşüncə mükəmməlliyi ilə dünya xalqlarının diqqətini cəlb edib. Öz tarixini, milli dəyərlərini, soykökünü unudub şüursuz köləyə çevrilən varlığı yazıçı “manqurt” adlandırır.
   Tamaşada rolları Xalq artisti Həsən Ağasoy (Yedigey), əməkdar artistlər Bəhruz Haqverdiyev (Qulubəy), Xəlil Hüseynov (müstəntiq Tamşıqbəyov), Naxçıvan Muxtar Respublikasının Əməkdar artisti Günay Qurbanova (Nayman ana), aktyor Zakir Fətəliyev (Ədilbəy), aktrisalar Nazlı Hüseynquliyeva (Ukubala), Nurbəniz Niftəliyeva (Ayzada) və başqaları oynayırlar.
   
   Ceyhun
   







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar