Britaniya teatrının məşhur tamaşası Bakı səhnəsində
   
   “British Council” təşkilatı Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi ilə əməkdaşlıq çərçivəsində Bakıda Böyük Britaniyanın “1927” teatr şirkətinin ifasında “Heyvanlar və uşaqlar küçələri zəbt etdilər” tamaşasını təqdim edəcək. Tamaşa oktyabrın 11-də və 12-də Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrında nümayiş olunacaq.
   “Heyvanlar və uşaqlar küçələri zəbt etdilər” tamaşası dünyanın bir çox ölkələrində yüksək mükafatlara layiq görülüb. London Milli Teatrında 5 həftə ərzində tamaşanın 40 nümayişi anşlaqla keçib. Səhnə əsəri böyük teatr festivallarında və Birminhemdən Pekinə qədər dünya teatrlarında nümayiş etdirilib. İndi isə bu tamaşa Bakıya gəlir.
   Aktyor ifası, animasiya, film və musiqili komediya qarışığından ibarət bu qeyri-adi tamaşa, teatrı heç vaxt təsəvvür etmədiyiniz tərzdə sizə yenidən tanıdacaq. Real faktlar vahiməli nağıllar, qara yumor, kabare mahnıları və abstrakt fəza ilə qarışır. Kinematoqrafiya və animasiya elementlərinin təəccübləndirici sintezi ilə yaradılmış tamaşa Britaniyanın teatr incəsənətinin orijinallığına nümunədir.
   Tamaşa Azərbaycan və rus dillərinə sinxron tərcümə ilə təmin olunmaqla ingilis dilində ifa olunur. Səhnə əsəri 12 yaşından başlayaraq tamaşaçıların müxtəlif yaş qrupları arasında maraq oyadacaq.
   “British Council” Böyük Britaniyanın mədəni əlaqələr və təhsil imkanları sahəsində dünyanın 100-dən çox ölkəsində fəaliyyət göstərən təşkilatıdır. 







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar