Mingəçevir teatrında yeni mövsüm

   Mingəçevir Dövlət Dram Teatrı yeni mövsümü açıb. Teatrın direktoru Həsən Həsənov bu münasibətlə tədbir iştirakçılarını təbrik edib, sənət ocağının tarixindən söz açıb. Bildirilib ki, 1969-cu ildə C.Cabbarlının “Almaz” pyesi ilə fəaliyyətə başlayan teatrın repertuarında Azərbaycan dramaturgiyasının nümunələri, eləcə də tanınmış rus və dünya yazıçılarının əsərləri yer alıb. Teatr bir neçə dəfə respublika müsabiqəsinin iştirakçısı və qalibi olub.
   Sonra tamaşaçılara yazıçı-dramaturq Əli Əmirlinin “Mən səni sevirəm” pyesi əsasında eyniadlı ikihissəli lirik komediya təqdim edilib. Tamaşanın quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Bəhram Osmanovdur. Əsas rolları Afət Əliyeva, Ella Yaqubova, Fəridə Məmmədova, İlqar Rəhimov və Ceyhun Əhmədov oynayıb. Məktəb həyatından, gənclərin cəmiyyətdə baş verən hadisələrə münasibətindən bəhs edən tamaşa anşlaqla keçib.
   Yaxın günlərdə teatrın kollektivi balaca tamaşaçılara Abdulla Şaiqin “Tıq-tıq xanım” tamaşasını təqdim edəcək.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar