Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının kollektivi Rusiya Federasiyasından qastrol səfərindən qayıdıb. Sentyabrın 30-dan oktyabrın 7-dək davam edən qastrol Həştərxan Dövlət Gənc Tamaşaçılar və Kalmıkiya Respublikasının B.Basanqov adına Milli Dram teatrlarında gerçəkləşib.

Kollektivin Həştərxan şəhəri ilə tanışlığı Volqa çayının sahilində salınmış Azərbaycan parkı və ümummilli lider Heydər Əliyevin parkda ucaldılmış abidəsinin ziyarət edilməsiylə başlayıb.
Qastrol çərçivəsində kollektiv teatrın repertuarında olan ən maraqlı 3 tamaşa ilə çıxış edib. Oktyabrın 1-i və 2-də kollektiv Həştərxan Gənc Tamaşaçılar Teatrında Xalq şairi Rəsul Rzanın “Ana qaz” əsəri əsasında hazırlanmış alleqorik birhissəli pantomim-tamaşa ilə azyaşlı tamaşaçıların görüşünə gəlib. Səhnə əsəri məktəblilər, valideynlər və müəllimlər tərəfindən böyük maraqla qarşılanıb. Həştərxan şəhər teatr ictimaiyyəti, eləcə də tamaşaçılar tərəfindən aktyorların peşəkar oyunu, istedadlı rejissor işi haqqında yüksək fikir söylənilib.
Həştərxan Vilayəti Mədəniyyət Nazirliyinin nümayəndəsi və teatrın rəhbərliyi Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının kollektivinə qarşılıqlı yaradıcılıq münasibətlərinin inkişafında xidmətlərinə görə təşəkkürünü bildirib. Həştərxan vilayəti mədəniyyət nazirinin Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri Əbülfəs Qarayevə təşəkkür məktubu kollektivə təqdim olunub.
Oktyabrın 4-dən 6-dək kollektiv Kalmıkiya Respublikasının Elista şəhərindəki B.Basanqov adına Milli Dram Teatrında Rəsul Rzanın “Ana qaz”, İşveç dramaturqu Lars Nurenin “Müharibə” və alman yazıçısı Patrik Züskindin “Kontrabas” əsərləri əsasında hazırlanmış tamaşalarla çıxış edib.
Qastrol səfərinin bağlanış mərasimində çıxış edən Kalmıkiya Respublikasının mədəniyyət naziri Amulanqa Uçurova, elm və təhsil nazirinin müavini Raisa Dyakiyeva, Teatr Xadimləri İttifaqının sədri Tatyana Mixeyeva, “Kalmıkiya Respublikasında Azərbaycan Konqresi” təşkilatının sədri Sabir Quliyev, B.Basanqov adına Milli Dram Teatrının bədii rəhbəri Boris Mandjiyev və teatrın direktoru Qalina Şurayeva qastrol səfərinin uğurundan danışıblar. Maraqlı səhnə əsərlərinə görə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının rəhbərliyinə təşəkkür ifadə olunub, kollektiv üzvlərinə diplomlar təqdim edilib.
Gənc Tamaşaçılar Teatrının direktoru, Əməkdar artist Mübariz Həmidov və teatrın baş rejissoru, Əməkdar incəsənət xadimi Bəhram Osmanov çıxış edərək göstərilən xoş münasibətə görə minnətdarlıqlarını bildirib, Rusiya və Azərbaycan teatrları arasında yaradıcılıq əlaqələrinin bundan sonra da davam edəcəyini vurğulayıblar.
İkitərəfli yaradıcılıq müqaviləsinə əsasən, bu ilin noyabrında Həştərxan Gənc Tamaşaçılar Teatrı, gələn ilin mayında isə Kalmıkiya Milli Dram Teatrının ölkəmizə qastrol səfərləri nəzərdə tutulub. 2014-cü ilin aprelində isə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının Kalmıkiyaya növbəti qastrol səfəri barədə razılıq əldə olunub.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar