Heydər Əliyev Mərkəzi və Heydər Əliyev Fondunun birgə layihəsi çərçivəsində noyabrın 2-də “Helikon-opera” Musiqili Teatrı Bakıda möhtəşəm proqramla çıxış edəcək. Teatr oktyabrın 31-də Moskvada keçiriləcək “Əbədi sevgi” qala-konsertini iki gün sonra Heydər Əliyev Mərkəzinin səhnəsində Azərbaycan tamaşaçılarına təqdim edəcək.
“Əbədi sevgi” qala-konserti “Helikon-opera” Musiqili Teatrının bədii rəhbəri, Rusiyanın Xalq artisti Dmitri Bertmanın yeni eksperimentidir. Proqrama ötən əsrin, xüsusilə 1960-cı illərin romantik hitləri, müxtəlif nəsillərin sevə-sevə dinlədikləri lirik musiqilər daxildir.
Teatrın solistləri əfsanəvi “Bitlz” qrupunun, Merlin Manro, Tina Törner, Demis Russos, Adriano Çelentano, Elton Con, Selin Dion, Uitni Hyuston və digər dünya ulduzlarının repertuarından mahnılar ifa edəcəklər. Konsert ümumilikdə 21 mahnıdan ibarətdir.
Noyabrın 3-də isə Moskva teatrı Heydər Əliyev Mərkəzinin səhnəsində italyan bəstəkarı Umberto Cordanonun rus həyatından bəhs edən “Sibir” operasını təqdim edəcək. Bu, iki gəncin Peterburqda təmtəraqla başlayıb Sibir katorqasında faciəvi sonluqla bitən sevgi hekayəsidir.
“Helikon-opera” Musiqili Teatrını Dmitri Bertman 1990-cı ildə yaradıb. İlk truppası 7 nəfərdən ibarət olan teatrda hazırda 350-dən çox artist çalışır. Teatr opera əsərləri ilə yanaşı, folklora, operettaya və kino musiqisinə də müraciət edir.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar