Oktyabrın 28-dən noyabrın 6-dək Teatr Xadimləri İttifaqının təşəbbüsü, Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə “2+1” Eksperimental Teatr Festivalı keçiriləcək. İttifaqın məsul katibi Kəmalə Cəfərzadənin bildirdiyinə görə, festival ilk dəfə 2011-ci ildə keçirilib. Əsas məqsəd gəncləri yeni yaradıcılıq axtarışlarına cəlb etmək, onların təşəbbüslərini qiymətləndirməkdir. Festivalda səkkiz kollektiv doqquz tamaşa ilə iştirak edəcək, Tiflis Azərbaycan Dram Teatrı qonaq qismində dəvət olunacaq. Festivala Gənc Tamaşaçılar Teatrının tamaşası ilə start veriləcək. Fərqlənən tamaşalar gələcəkdə beynəlxalq layihələrə təqdim olunacaq.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar