Noyabrın 24-də Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrının səhnəsində böyük rus şairi, yazıçı və dramaturq Mixail Lermontovun “Maskarad” pyesi əsasında eyniadlı tamaşanın premyerası keçiriləcək. 2014-cü ildə Mixail Lermontovun 200 illik yubileyi dünyada geniş qeyd ediləcək. “Maskarad”ın səhnələşdirilməsi ədibin yubileyinə teatrın töhfəsidir.
Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə hazırlanan tamaşanın quruluşçu rejissoru Xalq artisti Aleksandr Şarovskidir. Sənətkar həm də əsərin baş qəhrəmanı Yevgeni Arbenin rolunu ifa edəcək.
Tamaşanın quruluşçu rəssamı Nikita Sazonov (Rusiya), geyim üzrə rəssamı İrina Krujilina (ABŞ), musiqi tərtibatcısı Əməkdar mədəniyyət işçisi Vladimir Neverov, xoreoqrafı Raul Turkkandır. Rolları Xalq artisti Yuri Baliyev, Əməkdar artist Natalya Şarovskaya, aktyorlar Olqa Arsentyeva, Mariya Dubrovitskaya, Maqsud Məmmədov və başqaları ifa edirlər.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar